XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Maribor-2023-ün bürünc mükafatçısı: “Bu yarış bizim üçün bir təcrübə oldu” - MÜSAHİBƏ
İdman 22:54 / 26.07.2023

"Bu yarış bizim üçün bir təcrübə oldu. Qarşıda bizi dünya çempionatı gözləyir. Çalışacağam ki, həmin yarışda daha yüksək nəticə əldə edim”.

Bu sözləri "Olimpiya dünyası” qəzetinə müsahibədə XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının bürünc medalçısı Məhəmməd Musayev bildirib.

O, Maribordan qazandığı uğura görə məşqçilərinə minnətdarlıq etməyi də unutmayıb:

"Üçüncü yer uğrunda görüşdə gürcüstanlı idmançı ilə qarşılaşdım. Bu mübarizədən əvvəl ona qarşı taktikanı beynimdə qurmuşdum. Güclü rəqib olmasına baxmayaraq, bu mübarizədən qalib ayrılmağı bacardım. Maribor-2023-də qazandığım bu uğura görə, şəxsi məşqçim Hikmət Əliyevə və yığma komandanın baş məşqçisi Rüstəm Alimliyə minnətdarlığımı bildirirəm. Onların üzərimdə əziyyəti danılmazdır. Çalışdım ki, məqşçilərimin mənə olan etimadını doğruldum”.



22209 oxunub

InvestAZ