XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Pəhləvanlarımız "Poland Open"də iştirak edəcəklər
İdman 16:02 / 26.07.2023

Azərbaycanın qadın və sərbəst güləşçiləri Polşanın paytaxtı Varşavadakı "Poland Open”də iştirak edəcəklər. 27-28 iyulda baş məşqçi Semyon Şterevin rəhbərliyi altında qadın güləşçilərdən Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) qüvvəsini sınayacaq.

Yarışın sonuncu günündə isə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Əliabbas Rzazadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıb.

Ənənəvi turnirdə II kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Qeyd edək ki, "Poland Open” iyulun 30-da başa çatacaq.



21465 oxunub

InvestAZ