XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Maribor-2023: atletlərimiz bu gün 6 idman növündə mübarizə aparacaqlar
İdman 11:39 / 26.07.2023

Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı davam edir. Yarışın dördüncü günündə Azərbaycan idmançıları 6 idman növündə mübarizə aparacaqlar.

Cüdoda 4, atletikda 3, gimnastikada 2, üzgüçülük, şose velosipedi və dağ velosipedində 1 idmançımız qüvvəsini sınayacaq. Yeniyetmə tennisçilərin mübarizəsində isə oğlanlardan ibarət komandamız qoşa yarışlarda çıxış edəcək.

26 iyul


Cüdo

12:00. Məhəmməd Musayev (-60 kq), Cəsur İbadlı (-66 kq), Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq)


Atletika

11:30. Hüseyn Abbasov (uzunluğa tullanma),

13:20. İlahə Quliyeva (200 m qaçış)

13:45. Novruz Əsədli (200 m qaçış)


Üzgüçülük

11:49. Səid Həmidov (200 m arxası üstə üzmə)


Tennis

12:15. Nazim Məlikov, Tamerlan Kərimov (qoşa oyunlar)


Dağ velosipedi

14:00. Maksim Polikarpov


İdman gimnastikası

17:00. Aytən Məmmədova, Duyğu Məcidzadə


21725 oxunub

InvestAZ