XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa birinciliyi: boksçumuz növbəti mərhələdə
İdman 12:12 / 26.07.2023

Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir. 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin üzvlərindən biri rinqdən qalib ayrılıb.

İlk görüşdə Nikolos Şarabidzeni (Gürcüstan) mübarizədən kənarlaşdıran Zidan Hümbətov (48 kq) 1/8 finalda Maksim Çernelyadan (Moldova) da güclü olub. O, rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:24, 30:26) hesabı ilə məğlub edib.

Boksçumuz 1/4 finalda Emal Hamdamla (İBAG) üz-üzə gələcək. Döyüş iyulun 27-də baş tutacaq.

Qeyd edək ki, birinciliyin 6-cı günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayacaq.


22361 oxunub

InvestAZ