XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Maribor-2023: Azərbaycan medal sıralamasında 26-cıdır
İdman 01:37 / 26.07.2023

Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalının üçüncü yarış gününə yekun vurulub. Azərbaycan millisi 2 bürünc medalla ümumi sıralamada 26-cı pillədə qərarlaşıb.

Medal əyarına görə sıralamaya İtaliya 11 (3 qızıl, 5 gümüş, 3 bürünc) medala başçılıq edir. Macarıstan 9 (3 qızıl, 3 gümüş, 3 bürünc) medalla ikinci, Çexiya isə 3 (2 qızıl və 1 gümüş) medalla üçüncüdür.

Maribor-2023-də bu günədək ümumilikdə 31 ölkənin təmsilçiləri medal qazanıb.

İyulun 29-dək davam edəcək XVII Avropa Gənclər Olimpiya Festivalında 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparır. Azərbaycan Maribor-2023-də 7 idman növü üzrə 36 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, Azərbaycan komandasına Maribor-2023-də bürünc medalları cüdoçularımız Nihad Məmişov (-50 kq) və Ayxan Mirzəzadə (-55 kq) qazandırıb.


22644 oxunub

InvestAZ