XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Daha bir futbolçu «Ağ qaralar»a qoşuldu
İdman 15:40 / 25.07.2023

"Neftçi” fransalı futbolçu Ervin Koffi ilə 2 illik müqavilə bağlayıb.

28 yaşlı sağ cinah müdafiəçisi "Neftçi"də 99 nömrəli formanı geyinəcək. Ervin Koffi Fransanın "Şatoru” (2015), "Loryan” (2015-2018), "Pau” (2020-2023), Yunanıstanın "Anortosis” (2018-2020) və "Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl Azərbaycan millisinin üzvləri - qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri - braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.


20143 oxunub

InvestAZ