XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sabah ACF turunun ikinci turniri keçiriləcək
İdman 11:09 / 18.07.2023

Sabah Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişi cüdoçular arasında ACF turunun ikinci turniri keçiriləcək. Yarışda 50 klub, cəmiyyət və idman təşkilatından olan 200-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar sentyabrın 22-24-də Bakıda keçiriləcək "Böyük dəbilqə” turnirinə vəsiqə qazanacaqlar.



23655 oxunub

InvestAZ