XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



SOCAR və "Qalatasaray" arasında sponsorluq müqaviləsinin təfərrüatı açıqlandı
İdman 11:30 / 12.07.2023

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyə "Qalatasaray"ı arasında sponsorluq müqaviləsinin maliyyə detalları açıqlanıb. SOCAR qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul təmsilçisinə hər il üçün 5 000 000 avro ödəyəcək.

Bu isə o deməkdir ki, 3 illik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edəcək.

Klub vəsaitin hansı istiqamətlərə xərclənəcəyini daha sonra açıqlayacaq.

Qeyd edək ki, "Qalatasaray" 2023-2024-cü il mövsümündə UEFA-nın bayrağı altında təşkil olunacaq bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) SOCAR loqosu ilə çıxış edəcək.

SOCAR, həmçinin mediada "Qalatasaray Futbol Komandasının Enerji Sponsoru" ifadəsindən istifadə etmək hüququna da sahib olub.


24223 oxunub

InvestAZ