XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası həyəcanı başladı
İdman 02:22 / 12.07.2023

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib. İlk oyun günündə 10 görüş keçirilib. Azərbaycan çempionu "Qarabağ" Cübüllütariqdə "Linkoln"u 2:1 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisinin II raunddakı potensial rəqibləri olan Polşa "Rakuv"u və Estoniya "Flora"sı isə Çenstoxovada üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Gecənin ən böyükhesablı nəticəsi Maltada qeydə alınıb İsrailin "Makkabi" (Hayfa) komandası yerli "Hamrun"un qapısından 4 cavabsız top keçirib.

Macarıstan çempionu "Ferentsvaroş" isə Farer adalarında "Klaksvik"in müqavimətini qıra bilməyib.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul

19:00. "Urartu” (Ermənistan) - "Zrinski” (Bosniya və Herseqovina) - 0:1
Qol:
Matey Seniç, 89

19:30. "Linkoln” (Cəbəllütariq) - "Qarabağ” (Azərbaycan) - 1:2
Qollar:
Kike Qomes, 25 - Redon Cica, 58. Yassin Benzia, 90+4

20:00. "Jalgiris” (Litva) - "Struqa” (Şimali Makedoniya) - 0:0

22:00. "Olimpiya” (Sloveniya) - "Valmiera” (Latviya) - 2:1
Qollar:
Mustafa Nukiç, 42. Ruy Pedru, 74 - Meissa Diop, 87

22:00. "Rakuv” (Polşa) - "Flora” (Estoniya) - 1:0
Qol:
Vladislav Koçergin, 54

22:00. "Hamrun” (Malta) - "Makkabi” (Hayfa, İsrail) - 0:4
Qollar:
Fratsdi Pyero, 41; 64. Din David, 45+3. Anan Xalaili, 85

22:45. "Ballkani” (Kosovo) - "Ludoqorets” (Bolqarıstan) - 2:0
Qollar:
Meriton Korenitsa, 45+1. Kendrim Ziba, 55

22:45. "Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya) - 0:1
Qol:
Damir Muminoviç, 39

22:45. "Klaksvik” (Farer adaları) - "Ferentsvaroş” (Macarıstan) - 0:0

22:45. "Partizani” (Albaniya) - BATE (Belarus) - 1:1
Qollar:
Tedi Tsara, 66 - Dmitri Antilevski, 58

Qeyd edək ki, bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.


24377 oxunub

InvestAZ