XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Qarabağ” bu gün mübarizəyə başlayır
İdman 12:28 / 11.07.2023

Bu gün Ağdamın "Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2023-2024-cü il mövsümündə mübarizəyə başlayacaq. Ağdam təmsilçisi turnirin birinci təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə "Linkoln” komandası ilə qarşılaşacaq.

Oyun latviyalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi FIFA referisi Vitali Spasennikov olacaq. Ona həmyerliləri Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufriyevs yerinə yetirəcək. VAR hakimləri Andres Treymanis və Kristaps Ratnieks olacaqlar.

"Viktoriya” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.


23329 oxunub

InvestAZ