XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Oyunlarında 6 medal qazanmış veteran atletlərimiz Vətənə qayıdıblar
İdman 12:55 / 11.07.2023

Finlandiyanın Tampere şəhərində keçirilən veteranların Avropa Oyunlarında medal qazanmış Azərbaycan atletləri Vətənə qayıdıblar. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Atletika Federasiyasının nümayəndələri qarşılayıblar.

Veteran idmançılar yarışı 2 qızıl və 4 gümüş medalla başa vurublar. Sadıq Sadıqov 65 yaşlı kişilər kateqoriyasında 1500 metr məsafəyə qaçışda qızıl, 400 və 800 metrdə isə gümüş medal qazanıb. 45 yaşlılar kateqoriyasında Faiq Bağırov 10 km məsafəyə idman yerişində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bağırov uzunluğa tullanma yarışında isə 2-ci olub. Tamilla Bünyadova qadınlar arasında 65 yaş kateqoriyasında nizə atma yarışında gümüş medala sahib çıxıb.


23524 oxunub

InvestAZ