XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: Bu gün I təsnifat mərhələsinə start veriləcək
İdman 10:06 / 11.07.2023

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək. İlk oyun günündə 10 görüş keçiriləcək.

Azərbaycan çempionu "Qarabağ" Cübüllütariqdə "Linkoln"un qonağı olacaq.

Ağdam təmsilçisinin II raunddakı potensial rəqibləri olan Polşa "Rakuv"u və Estoniya "Flora"sı isə Çenstoxovada üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul

19:00. "Urartu” (Ermənistan) - "Zrinski” (Bosniya və Herseqovina)

19:30. "Linkoln” (Cəbəllütariq) - "Qarabağ” (Azərbaycan)

20:00. "Jalgiris” (Litva) - "Struqa” (Şimali Makedoniya)

22:00. "Olimpiya” (Sloveniya) - "Valmiera” (Latviya)

22:00. "Rakuv” (Polşa) - "Flora” (Estoniya)

22:00. "Hamrun” (Malta) - "Makkabi” (Hayfa, İsrail)

22:45. "Ballkani” (Kosovo) - "Ludoqorets” (Bolqarıstan)

22:45. "Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya)

22:45. "Klaksvik” (Farer adaları) - "Ferentsvaroş” (Macarıstan)

22:45. "Partizani” (Albaniya) - BATE (Belarus)

Qeyd edək ki, bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.


23881 oxunub

InvestAZ