XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Gimnastımız dünya kubokunun qalibi oldu
İdman 12:03 / 05.07.2023

Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları keçirilib. Yarışda ölkəmizin idman şərəfini Azərbaycan yığma komandasının üzvləri Selcan Mahsudova (batut gimnastikası), Mixail Malkin, Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) qoruyublar.

Yarışda iki idmançımız - Mixail Malkin və Adil Hacızadə finala vəsiqə qazanmağa müvəffəq olub.

Həlledici mərhələdə təcrübəli idmançımız, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Mixail Malkin bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələnib. Adil Hacızadə isə medala çox yaxın olsa da, dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, gimnastlarımız bu yarışdan birbaşa Koimbra şəhərinə (Portuqaliya) gedərək, iyulun 7-8-də keçiriləcək daha bir dünya kuboku yarışlarında güclərini sınayacaqlar.


16357 oxunub

InvestAZ