XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tirol - Marbelya -Cəbəllütariq
İdman 13:34 / 04.07.2023

İyunun 22-dən Tirolda təlim-məşq toplanışında olan "Qarabağ” iyulun 5-də Avstriyadakı hazırlığını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin "Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq. Matç iyulun 11-də keçiriləcək.

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Tirolda bundan əvvəl 2 yoxlama matçı keçirib. "Ferensvaroş”la (Macarıstan) matç 3:3 hesabı ilə yekunlaşıb, "Legiya” ilə görüş isə Polşa təmsilçisinin qələbəsi ilə başa çatıb (2:0)



23815 oxunub

InvestAZ