XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



III Avropa Oyunları: İdmançılarımız vətənə qayıtdılar
İdman 09:25 / 04.07.2023

Polşada təşkil olunan III Avropa Oyunlarında iştirakını başa vurmuş Azərbaycan idman nümayəndə heyətinin sonuncu qrupu xüsusi təyyarə reysi ilə Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, onlar arasında medal qazanan idmançılar da var. Ölkəmizi Avropa Oyunlarında 86 idmançı 13 növdə təmsil edib.

Azərbaycan idmançıları III Avropa Oyunlarını 11 medalla başa vurub. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komandamız ümumi hesabda isə 24-cü yeri tutub.



26901 oxunub

InvestAZ