XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



III Avropa Oyunları: Kikboksçumuz finalda
İdman 13:54 / 01.07.2023

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarının finalına yüksəlib. Yarışda 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Norveç təmsilçisi Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb. Full kontakt növündə mübarizə aparan təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək qızıl medal uğrunda döyüşdə iştirak hüququ qazanıb.

Kikboksçumuz final görüşünə iyulun 2-də çıxacaq.

Xatırladaq ki, idmançımız dörddəbir finaldakı qələbəsi azı bürünc medalı təmin etmişdi.



23469 oxunub

InvestAZ