XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



III Avropa Oyunları: Boksçumuz bürünc medalı təmin etdi
İdman 18:38 / 28.06.2023

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarının 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hambardzum Hakobyana qalib gəlib.

21 yaşlı idmançı yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib.

M.Allahverdiyev hər 3 raundu xeyrinə bitirərək, 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Boksçu ilk "dördlüy”ə yüksəldiyi üçün Paris-2024 Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb. Bu, boks üzrə Azərbaycan millisinin Fransada təşkil olunacaq olimpiadaya ilk vəsiqəsidir.

Murad Allahverdiyev yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Azərbaycan boksçusunun final yolundakı rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.


25177 oxunub

InvestAZ