XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



III Avropa Oyunları: boksçumuz erməni rəqibinə qalib gələrək mərhələ adladı
İdman 20:55 / 27.06.2023

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü səkkizdəbir finalda Ermənistan idmançısı Tatevik Xaçatryan ilə qarşılaşıb. Görüş M.Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Erməni rəqibinə heç bir şans verməyən boksçumuz 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bununla da Avropa Oyunlarında dörddəbir finala yüksələn Azərbaycan boksçularının sayı dördə çatıb. Məhsəti Həmzəyeva-Ağamalıyevadan əvvəl Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir finala vəsiqəni təmin ediblər.

Dörddəbir final döyüşləri iyunun 28-də keçiriləcək.



26776 oxunub

InvestAZ