XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Krakov-2023: badmintonçumuzdan uğurlu başlanğıc
İdman 15:25 / 26.06.2023

Badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən III Avropa Oyunlarında ilk görüşünə çıxıb. Təmsilçimiz kişi badmintonçuların şəxsi yarışında "G" qrupunun ilk turu çərçivəsində İspaniya idmançısı Luis Enrike Penalverlə qarşılaşıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 3 set davam edib. İlk setdə rəqibini 21:16 hesabı ilə üstələyən badmintonçumuz ikinci seti 17:21 hesabı ilə geridə bitirib. Həlledici üçüncü setdə "Top 70"də yer alan Luis Enrike ilə görüşdə dominantlıq edən badmintonçumuz yekunda 21:14 hesablı qələbə qazanaraq ilk görüşündən qələbə ilə ayrılıb.

Qeyd edək ki, III Avropa Oyunlarının proqramına daxil olan badminton yarışları qitə çempionatı statusu daşıyır.



24278 oxunub

InvestAZ