XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Üç güləşçimiz Avropa çempionatının finalında
İdman 00:08 / 27.06.2023

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı start götürüb. Yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Martda 60 kiloqram çəki dərəcəsində U-23 Avropa çempionatının qalibi olan Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlib. E.Əliyev ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türk Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyük hesablı qələbə qazanıb. Güləşçimiz finalda ukraynalı Marko Voloşinlə güləşəcək.

Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb - 5:8. Rəqib finaladək irəlilədiyi üçün millimizin üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. F.Mustafayevin rəqibi çexiyalı Matous Yankeviç olacaq.

Davud Məmmədov (77 kq) səkkizdəbir finalda ermənistanlı Vahe Hovannisyana şans tanımayıb - 7:1. Güləşçimiz növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olub - 4:2. D.Məmmədov yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırıb. Pəhləvanımız həlledici görüşdə rumıniyalı Aleksandru Soloveylə qarşılaşacaq.

Mübarizəyə dörddəbir finaldan qoşulan Məzaim Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidisə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda estoniyalı Eerik Pankla görüş dramatik alınıb. 0:7 hesabı ilə geri düşən Şəmkir güləş məktəbinin yetirməsi əsl əzmkarlıq nümayiş etdirərək, yekunda 8:7 hesablı qələbə qazanıb. Güləşçimiz finalda macarıstanlı Laşlo Darabosla mübarizə aparacaq.



23817 oxunub

InvestAZ