İdman 20:39 / 26.06.2023
Azərbaycanın muay-tay millisi Polşada keçirilən III Avropa Oyunlarını üç medalla başa vurub.
Komandamıza medalları Xəyal Əliyev (67 kq), Aysu Dərvişova (57 kq) və Emili Rzayeva (63,5 kq) qazandırıb. Təmsilçilərimizdən X.Əliyevyarımfinalda Oskar Siqertə (Polşa) uduzub. A.Dərvişova Patrisiya Axlinqə (İsveç), E.Rzayeva isəTereza Steçova (Çexiya) məğlub olaraq üçüncü yeri tutub.
Qeyd edək ki, muaytay millimiz III Avropa Oyunlarında dörd idmançı ilə təmsil olunub. Onlardan üçü mükafatçılar sırasında yer alıb.