XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Badmintonçularımız Serbiyada fərqləndilər
İdman 11:39 / 26.06.2023

Azərbaycan badmintonçuları Serbiyanın Novi Sad şəhərində keçirilən "Youth International" turnirində 1 gümüş və 2 bürünc medal qazanıblar.

Həbibə Quliyeva-Emma Karatanova (Ukrayna) tandemi 11 yaşadək qızların qoşa yarışında finala yüksəlməyi bacarıb.

Burada Bolqarıstan badmintonçuları ilə qarşılaşan idmançılar ümumi hesabda 1:2 hesabı ilə uduzaraq gümüş medala sahib çıxıblar.

Əli Gözəlov isə 15 yaşadək oğlanların qoşa yarışında bürünc medal əldə edib. O, israilli Yahav Sade ilə birgə bu kateqoriyada yarımfinaladək irəliləyib. Xorvat və serb badmintonçularına qalib gələn Əli Gözəlov-Yahav Sade cütü finala yüksəlmək uğrunda keçirilən və üç set davam edən görüşdə Rumıniya təmsilçilərinə məğlub olub.

Daha bir medal qarışıq qoşa kateqoriyasında əldə edilib. 15 yaşadək badmintonçuların mübarizəsində Aysu Kərimzadə-Yahav Sade tandemi yarımfinala gedən yolda bolqar, macar və yunan-fransız cütünü mübarizədən kənarlaşdıraraq ən güclü 4-lüyə yüksəlib. Bu mərhələdə Almaniya təmsilçiləri qarşılaşan idmançılar rəqiblərinə 1:2 hesabı ilə yenilərək bürünc medal qazanıblar.



21406 oxunub

InvestAZ