XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



III Avropa Oyunları: Azərbaycan medal sıralamasında 21-ci sıraya endi
İdman 01:13 / 26.06.2023

Polşada keçirilən III Avropa Oyunlarının altıncı yarış gününə yekun vurulub. Altıncı yarış günündən sonra Azərbaycan millisinin aktivindəki medalların sayı dəyişməyib.

Ölkə 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada daha 6 pillə geriləyərək, 21-ci sıraya enib.

İlk "üçlük”də isə dəyişiklik baş verməyib. Medal əyarına görə sıralamaya əvvəlkitək İspaniya (17 qızıl, 9 gümüş, 10 bürünc) başçılıq edir. İtaliya (15 qızıl, 17 gümüş, 21 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna isə (11 qızıl, 7 gümüş, 4 bürünc) 3-cü yerdə qalıb.

İndiyədək ümumilikdə 39 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə – karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib.



22213 oxunub

InvestAZ