XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



III Avropa Oyunları: sablyaçılarımız mübarizəni dayandırdılar - FOTO/VIDEO
İdman 17:21 / 25.06.2023

Bu gün Polşada III Avropa Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışlarına start verilib. Sablya növündə iştirak edən təmsilçilərimizdən Murad Əkbərov və Saleh Məmmədov qrup mərhələsini uğurla başa vurublar. Həm M.Əkbərov, həm də S.Məmmədov qrupda 2 qələbə qazanaraq, pley-off mərhələsinə yüksəliblər.

Təəssüf ki, hər iki idmançımız pley-off mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

Murad Əkbərov ispaniyalı İnyaki Bravoya 9:15, Saleh Məmmədov isə Polşa idmançısı Pyotr Şçepanikə 5:15 hesabı ilə uduzub.

Digər sablyaçılarımız Maqsud Hüseynli və Ayxan Xasıyev isə mübarizəni daha erkən, qrup mərhələsində dayandırıblar.



22090 oxunub

InvestAZ