XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Daha bir boksçumuz III Avropa Oyunları ilə vidalaşdı
İdman 16:11 / 25.06.2023

Polşada III Avropa Oyunları çərçivəsində keçirilən boks yarışları davam edir.Boks yarışlarının üçüncü günüdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Malik Həsənov (63,5 kq) çıxıb. Birinci döyüşündə polşalı Bartlomey Roskoviçə qalib gələn təmsilçimiz səkkizdəbir finalda Din Klinsi (İrlandiya) ilə gücünü sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb.

Bu gün daha iki boksçumuz yarışa qoşulacaq. Sərxan Əliyev (71 kq) Mixal Takacslə (Slovakiya), Məhəmməd Abdullayev (+92) Uğur Aydemirlə (Türkiyə) qarşılaşacaq.



24777 oxunub

InvestAZ