XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Daha iki taekvondoçumuzun ilk rəqibləri müəyyənləşdi
İdman 01:30 / 25.06.2023

Daha iki taekvondoçumuzun Polşada keçirilən III Avropa Oyunlarında ilk rəqibləri müəyyənləşib.

İyunun 25-də dayanq üzərinə çıxacaq millimizin üzvlərindən Eltac Qafarov (74 kq) səkkizdəbir finalda Lukaş Çudnoçla (Polşa) üz-üzə gələcək. Fəridə Əzizova (67 kq) isə eyni mərhələdə Atanasia Mitsopoulounu (Yunanıstan) sınağa çəkəcək.

Azərbaycan taekvondoçularının hesabında hələlik 2 medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafat əldə ediblər.



22027 oxunub

InvestAZ