XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeniyetmə cüdoçularımız Avropada çempionatında birinci oldular
İdman 00:18 / 25.06.2023

Portuqaliyanın Odivelas şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışlarına yekun vurulub. Yarışda 17 (10 oğlan, 7 qız) cüdoçu ilə təmsil olunan komandamızın üzvlərindən 9-u fəxri kürsüdə yer alıb. Cüdoçularımız 6 qızıl və 3 bürünc medal qazanaraq həm ümumi, həm də oğlanlar arasında medal sıralamasında komanda hesabında birinci yeri tutublar. Medallardan 7-si (5 qızıl, 2 bürünc) oğlanların, 2-si (1 qızıl, bir bürünc) isə qızların yarışında əldə olunub. Cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) və Ramazan Əhmədov (+90 kq) Avropa çempionu olub, Xədicə Qədəşova (52 kq), Əhməd Rüstəmov (55 kq) və Mehdi Cəfərov (66 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, qitə birinciliyində 40 ölkəni təmsil edən 404 (2015 oğlan, 189 qız) cüdoçu iştirak edib.



22555 oxunub

InvestAZ