XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Neftçi" “PARI Premyer”dən imtina edə bilər
İdman 16:16 / 24.06.2023

"Neftçi” Rusiyada keçiriləcək "PARI Premyer” turnirində iştirakdan imtina edə bilər. Bu haqda "Sport ekspress"ə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib. O, Rusiyadakı siyasi vəziyyətlə əlaqədar "Neftçi"nin iyulda Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyinin qeyri-müəyyən olduğunu deyib. Klub rəsmisi paytaxt təmsilçisinin "PARİ Premyer"in təşkilatçıları ilə məsləhətləşəcəyini bildirib: "Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyimizi hələ bilmirik. Turnirin təşkilatçıları ilə yaxın vaxtlarda danışacağıq. Bundan sonra klub yekun qərarı verəcək”.

Sankt-Peterburqdakı turnir iyulun 1-dən 15-dək keçirilməlidir. Burada "Neftçi”, Türkiyənin "Fənərbaxça”, Serbiyanın "Srvena Zvezda” və Sankt-Peterburqun "Zenit” klubları iştirak etməlidir.

Qeyd edək ki, Rusiyanın bəzi regionlarında bu gün antiterror əməliyyatı rejimi tətbiq edilib.


21696 oxunub

InvestAZ