XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bütün yarışlar təxirə salınıb
İdman 15:54 / 24.06.2023
Moskva Futbol Federasiyası öz rəsmi saytında antiterror əməliyyatı rejiminin tətbiqi ilə əlaqədar Rusiya paytaxtında - Moskvada bütün futbol oyunlarının ləğv edildiyini açıqlayıb.
Açıqlamada bildirilir: "Bələdiyyə merinin sərəncamı ilə əlaqədar şəhərdə kütləvi tədbirlər ləğv edilib. Moskva Futbol Federasiyasının himayəsi altında keçirilən bütün yarışlar növbəti xəbərdarlığa qədər təxirə salınıb”.
Qeyd edək ki, Rusiyada kişilərin peşəkar liqalarında mövsümə iyunun birinci yarısında yekun vurulub. İyulun 15-də Kazanda ölkə çempionatının yüksək divizionu olan Rusiya Premyer Liqasının komandalarının iştirak etdiyi ilk rəsmi oyun keçiriləcək. Superkubok uğrunda oyunda SSKA və Sankt-Peterburq "Zenit"i qarşılaşacaq. RPL mövsümü iyulda, Rusiya kuboku avqustda başlayacaq.

23072 oxunub

InvestAZ