XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fəridə Əliyeva: “Zərbə köhnə zədənin üzərinə dəydiyi üçün huşumu itirdim”
İdman 08:13 / 24.06.2023

"İki ay əvvəl Avropa çempionatının finalında burnum sındığı üçün döyüşə bilməmişdim. Bütün bunları italiyalı idmançı etmişdi. Yenə İtaliya təmsilçisi burnumu qırdı".

BunuIII Avropa Oyunlarında italiyalı Klio Ferrakutti ilə döyüşdə burnu sınan Azərbaycan karateçisi Fəridə Əliyeva (+68 kq) deyib.

O, ciddi xəsarət almadığını bildirib: "Sadəcə, zərbə köhnə zədənin üzərinə dəydiyi üçün huşumu itirdim. Dərhal xəstəxanaya apardılar, sistem köçürdülər. Çox yaxşı qulluq etdilər".



23094 oxunub

InvestAZ