XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İrina Zaretska: "Son saniyələrdə vurduğum zərbə mənə qələbə qazandırdı"
İdman 12:18 / 24.06.2023

Polşada III Avropa Oyunları çərçivəsində keçirilən karate yarışlarının qalibi olan İrina Zaretka qələbə təssüratlarını böıüşüb. Final görüşünün çətin keçdiyini bildirən Avropa Oyunlarının ikiqat qalibi qeyd edib ki, həlledici qarşılaşma onun üçün çox prinsipial olub:

"Karateçilərimiz III Avropa Oyunlarında iki qızıl və bir bürünc medal qazandılar. Buna görə çox xoşbəxtəm. Finaldarəqibim üçün öyrəşmədiyim taktika hazırlamışdım. Amma düşündüklərimi həyata keçirmək üçün heç də istədiyim hər şey alınmadı. Hesab uzun müddət 1:1 olaraq qaldı. Son saniyələrdə dönərək ayaqla vurduğum zərbə mənə qələbə qazandırdı. Bakıdakı Avropa Oyunlarında da belə olmuşdu. Bu, mənim ən sevimli fəndimdir.Yelena Kuiriç mənim üçün prinsipial rəqibdir. Çünki mən dünya reytinqinin 1, o isə 2 nömrəsidir. Premyer Liqa turnirlərində tez-tez qarşılaşırıq. Hərdən mən, hərdən də o qələbə qazanır. Mənə çatmağa çalışır. Mövqeyimi əldən vermək istəmirəm. Çünki bu, mənə əlavə motivasiya verir".

İ.Zaretska 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında qazandığı qızıl medalla hazırkı uğurunu da müqayisə edib: "Həmin vaxt əldə etdiyim medal məni daha yuxarılara qalxmağa motivasiya edirdi. İndi isə zirvədəyəm. Tokio Olimpiadasında əldə etdiyim medal geridə qalan 8 ilin hədər getmədiyini, doğru yolda olduğumu göstərdi".



22342 oxunub

InvestAZ