XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Səyyad Dadaşov: “Hakim səhvinə görə qızıl medalsız qaldım”
İdman 11:30 / 24.06.2023

Polşada üçüncü Avropa Oyunları çərçivəsində keçirilən taekvondo yarışları davam edir. Ötən gün taekvondoçularımız yarışı bir gümüş və bir bürünc medalla başa vurdular. Təmsilçilərimiz arasında mükafatçılar sırasında yer alan idmançılardan biri də 54 kq çəki dərəcəsində çıxış edən taekvondoçu Səyyad Dadaşovdur. Oyunların gümüş medalına sahib çıxan idmançı sevinc təəssüratlarını bölüşüb.

"Avropa Oyunları kimi yarışda finaladək irəliləmək böyük uğurdur. Qalib gəlməyi çox istəyirdim. Buna yaxın idim. Amma son 8 saniyədə hakim səhvinə görə qızıl medalsız qaldım. Bəzən haqsızlıqlar olur. Döyüşdüyüm idmançı son dünya çempionatının gümüş mükafatçısı idi. Artıq gələcəyə baxmaq lazımdır. Yaxşı hazırlaşıb növbəti yarışlarda qızıl medal qazanmalıyam”, - deyə S.Dadaşov bildirib.



22713 oxunub

InvestAZ