XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız “Böyük dəbilqə”nin ikinci gününü medalsız başa vurdular
İdman 10:52 / 24.06.2023

Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turniri davam edir. Bu gün mübarizəyə qoşulan komandamızın üç üzvü mübarizəni erkən dayandırıb. Təmsilçilərimizdən 73 kq çəki dərəcəsində mübarizə aparan idmançılardan Nurlan Osmanov təsəlliverici görüşdə Vallteri Olinə (Finlandiya), İbrahim Əliyev eyni mərhələdə yerli cüdoçu Erdenebayar Batzayaya məğlub olub.

81 kq-dakı Zelim Tçkayev ilk dueldə Conqhun Vona (Cənubi Koreya) uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Yaşar Nəcəfov (66 kq) komandamıza bürünc medal qazandırıb.



20609 oxunub

InvestAZ