XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verdi
İdman 16:05 / 23.06.2023

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov vəzifəsindən istefa verib.

Bu barədə AMPK-nın mətbuat xidmətinə açıqlama verən İ.Rəhimov qərarını Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti vəsifəsinə namizədliyi ilə əlaqələndirib.

"İyunun 30-da Portuqaliyada IBSA-nın növbədənkənar Baş Assambleyası keçiriləcək.Assambleyada yeni İdarə Heyəti seçiləcək. Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm. Seçiləcəyim təqdirdə fəaliyyətimi dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm. IBSA-da dəyişikliklər üçün platformamı həyata keçirə bilmək və maraqların toqquşması kimi mənfi nəticələrin qarşısını almaq üçün hazırkı vəzifəmdən istefa verirəm", - deyə qurum rəsmisi bildirib.

İlqar Rəhimov həmçininişində ona kömək və dəstək olan hər kəsə, bütün məşqçilərə və idmançılara təşəkkür edib: "Daim göstərilən diqqət və qayğıya görə bütün dövlət qurumlarına minnətdaram. Ən əsası, bu illər ərzində mənə göstərilən etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Söz verirəm ki, bu mötəbər dünya idman təşkilatının rəhbərliyində doğma Azərbaycanımı layiqincə təmsil edəcəyəm".

Qeyd edək ki, iyulun 7-də Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı keçiriləcək. Həmin tədbirdə quruma yeni prezident seçiləcək.



20691 oxunub

InvestAZ