XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeni mövsümün topları müəyyənləşib
İdman 20:27 / 23.06.2023

2023/2024 mövsümündəfutbol üzrəAzərbaycan liqalarında istifadə olunacaq topların adları müəyyənləşib.Peşəkar Futbol Liqası (PFL) iləklublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Premyer Liqa və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri "Adidas” şirkətinin təsis etdiyi DÇ-2022-nin rəsmi topu olan "Al Rihla”dan yararlanacaqlar.

Bu, dünya çempionatı tarixində ekoloji cəhətdən təmiz, su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.

1-ci və 2-ci liqalarda çıxış edəcək klubların istifadəsinə isə başqa toplar veriləcək. Bu komandaların üzvləri "Adidas Tiro Pro”nu "qovacaqlar”. "Adidas Tiro Pro” ən yüksək FIFA reytinqli ənənəvi 32 lövhəli dizayna malik futbol topudur. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.



22203 oxunub

InvestAZ