XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İrina Zaretska: “İnanıram ki, hər şey mənim üçün yaxşı sonluqla bitəcək”
İdman 14:51 / 23.06.2023

Polşada təşkil olunan III Avropa Oyunları davam edir. Oyunlar çərçivəsində keçirilən karate yarışlarının ikinci günündə mübarizəyə başlayan idmançılarımıdan biri də İrina Zaretskadır. 68 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız ukraynalı Qalina Melniki və ermənistanlı Anita Makyana qalib gələrək yarımfinala yüksəlib. Titullu karateçimiz qrupdakı son görüşündə ispaniyalı İzabel Nyetoya qalib gəlib. İrina Zaretska keçirdiyi görüşlərlə bağlı jurnalistlərlə təəssüratlarını bölüşüb. "İştirak etdiyim bütün yarışlarda qızıl medal qazanmaq barədə düşünürəm. 2015-ci ildə Bakıda olduğu kimi, bu dəfə də Avropa Oyunlarının qalibi olmaq istəyirəm. Yarışa çox yaxşı başlamışam və qrupda keçirdiyim hər üç görüşdə qalib gəldim.Bu, uğurlu nəticədir. Ancaq davamını gətirmək istəyirəm. Bundan sonraməniyarımfinal və finalda iki prinsipial görüş gözləyir. İnanıram ki, hər şey mənim üçün yaxşısonluqla bitəcək”, - deyə İ.Zaretska bildirib.



22251 oxunub

InvestAZ