Atıcılıq üzrə Azərbaycanın yığmasıIII Avropa Oyunlarında iştirak edib
İdman 13:10 / 23.06.2023
Polşada keçirilən III Avropa Oyunları davam edir. Bu gün yarışda iştirak edən atıcılıq üzrə Azərbaycanın yığması mübarizə aparıb.Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb. Təmsilçilərimizüç cəhdin cəmində 572 xal toplayıblar. Azərbaycan yığması komanda hesabında 28 iştirakçı arasında 17-ci olub. Burada ilk dörd yerin sahibi final mərhələsinə yüksəlib.
22392 oxunub