XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



III Avropa Oyunlarının qızıl medalçısı olan karateçimizdən qələbə şərhi
İdman 22:43 / 22.06.2023

"Bu gün qalib gələcəyimi hiss edirdim”.

Bu sözləri Polşada keçirilən III Avropa Oyunlarının karate yarışlarında Azərbaycana ilk qızıl medalı qazandıran Tural Ağalarzadə deyib.

67 kq çəkidə bütün rəqiblərindən üstün olan idmançı qələbəsi ilə tarix yazdığını deyib: "Bu qələbəni sözlərlə ifadə etmək mümkün deyil. Avropa Oyunlarında tarix yazdım. Məni dəstəkləyən hər kəsə, bizim üçün bu şəraiti yaradan dövlətimizin başçısına, eyni zamanda, məşqçilərimə, ailəmə və sevdiklərimə təşəkkür edirəm. Finaladək çətin döyüşlərim oldu. Həlledici görüşdə isə üçqat Avropa çempionu olan yunanıstanlı karateçi ilə üz-üzə gəldim. Taktiki gedişləri döyüşdən öncə hazırlamışdıq. Psixoloji və fiziki cəhətdən çox hazır idim”.



20573 oxunub

InvestAZ