XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tural Ağalarzadə: “Bu, hələ son deyil, finalda görüşərik”
İdman 17:28 / 22.06.2023

Polşada III Avropa Oyunları çərçivəsində keçirilən karate yarışları davam edir. Karate yarışlarının ilk günündə mübarizə aparan Azərbaycan idmançısı Tural Ağalarzadə (67 kq)ardıcıl üç görüşdə qələbə qazanaraq qrup qalibi kimi yarımfinal mərhələsinə yüksəlib. Bu qələbə ilə özü üçün ən azı bürünc medalı təmin edən karateçimiz "Olimpnews.az saytına müsahibəsində keçirdiyi görüşlər barədə danışıb.

"Karyeramın dönüş nöqtələrindən biri hesab etdiyim üçüncü Avropa Oyunlarında ilk dəfədir ki, mübarizə aparıram. Əvvəlki yarışlarda zədə səbəbindən iştirak edə bilməmişdim. Polşadakı yarışda qrup mərhələsini qalib kimi başa vurdum. Keçirdiyim hər üç görüşdə qələbə qazandım. Onu da qeyd edim ki, bu rəqiblərin hər biri kifayət qədər ciddi rəqiblər idilər. Sevindirici haldır ki, döyüşlərim rahat keçdi. Yarımfinal və final barədə fikirlərim nikbindir. Həmin görüşləri də qələbə ilə başa vurmaq istəyirəm. Bu, hələ son deyil, finalda görüşərik”, - deyə Tural Ağalarzadə bildirib.



22442 oxunub

InvestAZ