XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Konfrans Liqası: Klublarımızın rəqibləri müəyyənləşdi
İdman 16:19 / 21.06.2023

UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqiblərinin adına aydınlıq gəlib.

Bu mərhələdə "Neftçi" klubu "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. "Qəbələ" isə "Omoniya" (Kipr) klubuna rəqib olub. Ölkəmizi Konfrans Liqasında təmsil edəcək daha bir klubumuz "Sabah" isə "Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Neftçi” və "Sabah” komandası ilk oyununu səfərdə, "Qəbələ” isə doğma meydanda keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında ikinci mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.


21421 oxunub

InvestAZ