XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Neftçi” Regekampfla yollarını ayırdı
İdman 18:12 / 21.06.2023

"Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının qərarı ilə əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Yeni baş məşqçi haqqında ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 2022-ci ilin iyunundan "Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/2023-cü il mövsümündə "ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. "Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.


19974 oxunub

InvestAZ