XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeniyetmə cüdoçularımız Avropa çempionatına yollanıblar
İdman 12:11 / 21.06.2023

Yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandalarının Avropa çempionatına hazırlıqları başa çatıb. İyunun 22-25-də Portuqaliyanın Odivelas şəhərində keçiriləcək yarışda Azərbaycan cüdoçuları 13 çəki dərəsində 10 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF-in prezidentin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

Xatırladaq ki, yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 6 beynəlxalq yarışda iştirak edib. Həmçinin, cari il ərzində Polşada, Türkiyədə, Çexiyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

Qeyd edək ki, idmançılar 22-24 iyun tarixlərində çempionatın fərdi yarışlarında, 25 iyunda isə komanda yarışlarında iştirak edəcək. Xanəhməd Şərifov, Əli Qazıməmmədov və Eldar Əliyev komanda yarışında mübarizəyə qoşulacaqlar.



20916 oxunub

InvestAZ