İdman 09:39 / 21.06.2023
Bu gün Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunlarına start veriləcək. Oyunların ilk rəsmi günündə yeddi idman növü üzrə yarışlar təşkil olunacaq.
İdmançılar atletika, çimərlik həndbolu, sinxron üzgüçülük, basketbol 3X3, BMX, kanoe-sprint və padel yarışlarında mübarizə aparacaqlar. Yığma komandamız bu növlərdən ikisindəatletika və padel yarışlarındatəmsil olunacaq.
Oyunların rəsmi açılış mərasimi isəBakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Avropa Oyunlarının ilk gününün təqvimi:
Padel
11:00. Qadın cütləri
1/16 final. Nərminə Bağırova, Samirə Əliyeva
Atletika
11:40. Kişilər, uzunluğa tullanma
Kəsgin Abbaszadə
12:08. Kişilər, lövhəatma
İsmayıl Əliyev
13:02. Qadınlar, 800 m
Anna Yusupova
13:20. Kişilər, 1500 m
Elman Abışov
13:45. Qadınlar, üçtəkanla tullanma
Yekaterina Sarıyeva
14:05. Kişilər, 400 m, sədlərlə
Cavid Məmmədov
14:30. Qadınlar, 4x100 m estafet
Azərbaycan yığması
14:50. Kişilər, 4x100 m estafet
Azərbaycan yığması.