XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cavad Ağayev: “Çalışacağıq ki, Polşada bizə olan ümidləri doğruldaq”
İdman 20:39 / 20.06.2023

"Oyunlara yüksək səviyyədə hazırlaşmışıq. Çalışacağıq ki, Polşada bizə olan ümidləri doğruldaq".

Bu sözləri olimpnewsa açıqlamasında III Avropa Oyunlarına yolasalma mərasimində taekvondo üzrə yığma komandamızın üzvü Cavad Ağayev deyib.

Yarış üçün çəki salan idmançımız Oyunlardan qızıl medalla qayıdacağına inandığını bildirib.

"Əsas hədəfimiz təbii ki, qızıl medaldır. Elə bu amalla da yola çıxmışıq. Güclü rəqiblərim var. Avropalılar hər zaman taekvondoda fərqləniblər. Lakin mən də çalışacağam ki, Polşada onlardan güclü olduğumu sübut edim. Komandamızın bütün üzvlərinə uğurlar arzulayıram”, - deyə Cavad Ağayev qeyd edib.


20298 oxunub

InvestAZ