XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov: “İdmançılarımız yarışa hazırdırlar”
İdman 14:30 / 20.06.2023

"Bu gün nazirliyin qarşısında bayram əhval-ruhiyyəsi hiss olunur, III Avropa Oyunlarında iştirak edəcək komandamız artıq yola düşür. Bütün idmançılara uğurlar arzulayıram, onlara inanırıq”.

Bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Polşada keçiriləcək III Avropa Oyunlarına yolasalma mərasimində deyib.

O, komandamızın Krakovda böyük nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.

"İdmançılarımız səylə hazırlaşıblar, yarışa hazırdırlar. Turniri işıqlandıran media nümayəndələrinə də təşəkkür edirəm".

Qeyd edək ki, iyulun 2-dək davam edəcək III Avropa OyunlarındaAzərbaycan yığması idmanın 13 növü üzrə 86 idmançı ilə təmsil olunacaq.


23073 oxunub

InvestAZ