XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yığmamızın və "Neftçi" nin qrupları müəyyənləşib
İdman 15:31 / 20.06.2023

İyunun 23-24-də Fransanın Orlean şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək. Bu mərhələdə qadın yığma komandamızla yanaşı, "Neftçi” klubu da mübarizə aparacaq. "Orlean" mərhələsində yığmamız C qrupunda ABŞ və "Yuanda” (Çin), "Neftçi” isə A qrupunda Kanada və İtalya milliləri ilə üz-üzə gələcək.

"Neftçi” ilk oyununu Bakı vaxtı ilə saat 16:00-da Kanada seçməsinə qarşı keçirəcək.

Qadın yığmamızın qrupdakı ilk oyunu isə Bakı vaxtı ilə saat 16:50-də ABŞ millisinə qarşı olacaq.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.


22095 oxunub

InvestAZ