XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yaşar Bəşirov: “Ən azı 4 idmançımız Avropa Oyunlarının mükafatçıları sırasında yer ala biləcək”
İdman 15:05 / 20.06.2023

"Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmışıq. Bizim bundan əvvəl Bakı və Minskdə təşkil olunan yarışlarda medal qazanan idmançılarımız olub. İndiki heyətdən İrina Zeretska və Asiman Qurbanlı onlara bəslənilən ümidləri doğrultmuşdular”.

Bu sözləri olimpiyadunyasi.com saytına müsahibəsində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib. O, karateçilərimizin qitə mübarizəsində ən güclü rəqiblərlə üz-üzə gələcəyini bildirib. 

"Polşanın Bielska-Biala şəhərində keçiriləcək yarışlarda fəxri mükafatlar uğrunda ən yaxşı karateçilər sona qədər mübarizə aparacaqlar. Heyətimizdə Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska və Fəridə Əliyeva oyunlarda öz bacarığını nümayiş etdirəcəklər. Hər bir idmançımızın medal əldə etmək imkanı var. Hesab edirəm ki, ən azı 4 idmançımız Avropa Oyunlarının mükafatçıları sırasında yer ala biləcək”.


22265 oxunub

InvestAZ