XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Badmintonçularımız Serbiyada yarışacaqlar
İdman 10:52 / 20.06.2023

İyunun 22-25-də Serbiyanın Novi Sad şəhərində badminton üzrə "Serbian Youth Inernational” turniri keçiriləcək. Yarışda yeniyetmə və uşaq badmintonçularımız da iştirak edəcəklər. Turnirdə Həbibə Quliyeva U-11, Qəndab Niftəlizadə, Ömər Teymurlu və Fərəc Kərimli U-13, Əli Gözəlov, Aysu Kərimzadə və Leyla Camalzadə isə 15 yaşadək badmintonçuların yarışında şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil edəcək. Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev turnir öncəsi komandamızın üzvləri ilə görüşərək onlara dəstəyini ifadə edib.

Qeyd edək ki, yeniyetmə və uşaq badmintonçularımız ardıcıl olaraq ikinci il Novi Sad şəhərində keçiriləcək "Serbian Youth International” turnirində təmsil olunacaq.

Badmintonçularımız daha əvvəl İsrail və Estoniyada keçirilən beynəlxalq turnirlərdə iştirak edərək mükafatçılar sırasında yer almağı bacarıb.


21763 oxunub

InvestAZ