XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimiz ilk oyunda məğlub oldu
İdman 17:17 / 12.06.2023
Azərbaycan milli komandası 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ilk oyununu keçirib. B qrupunda yer alan yığmamız Macarıstan seçməsi ilə qarşılaşıb. Görüş rəqib komandanın 21:6 hesablı qələbəsi ilə başa çatıb.

Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, "Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparır.

Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.


23485 oxunub

InvestAZ