XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AKFA-nın İdarə Heyətinin növbəti toplantısı keçirilib
İdman 10:05 / 12.06.2023

Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

AKFA-danverilən məlumata görə, assosiasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasda qurum rəsmiləri ilə yanaşı, AKFA-ya daxil olan federasiyaların rəhbərləri iştirak ediblər.

Toplantıda əvvəlcə assosiasiyanın tərkibindəki federasiyaların hesabatı dinlənilib və cari məsələlər müzakirə olunub. Federasiya rəhbərləri keçirilmiş yarışların səviyyəsi və təşkili ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, assosiasiya fəaliyyətini bərpa etdikdən sonra onun üzvü olan federasiyaların idmançıları bir sıra beynəlxalq və yerli yarışlarda uğurla çıxış ediblər.

Yeddi federasiyanın daxil olduğu assosiasiya idmançılarla yanaşı, məşqçi-müəllimlər və hakimlərin sertifikasiyasına da diqqət yetirir. Yaxın zamanda AKFA Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə seminar, təlim və məşğələlərin təşkilini planlaşdırır. Eyni zamanda ilin sonunadək federasiyalarda fəaliyyət göstərən məşqçi-müəllimlərin siyahısı, onlar haqqında ətraflı məlumatlar vahid sistemdə cəmlənəcək.

İclasın sonunda yarışların təşkili və keçirilməsində göstərdiyi dəstəyə görə Zöhrab Məmmədov və Rafael Bünyatov assosiasiya tərəfindən təltif ediliblər.


23037 oxunub

InvestAZ